Fəhlə dəhşətli şəkildə öldü

Fehle

Ötən gün Göygöl rayonunda fəhlə dəhşətli şəkildə ölüb.

XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Zurnabad kəndi ərazisində baş verib.

Hadisə həmin ərazidə yerləşən tikilidə söküntü işləri apararkən baş verib. Söküntü işləri aparan rayon sakini Sirac Ələkbərovun başına beton dirək düşüb.

Fəhlə elə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.