FƏLSƏFƏ İNSTİTUTUNUN “SOLMAZ” XATİRƏLƏRİ….

20170131_114716

XALQ.AZ xəbər verir ki, bu gün AMEA – Fəlsəfə İnstitutunda körkəmli alim , f.ü.f.d. Solmaz Rzaquluzadənin 85 illik yubileyinə həsr edilmiş elmi konfrans keçirilmişdir.  Konfransı giriş sözü ilə Fələsfə İnstitutunun direktoru f.ü.e.d., prof. İlham Məmmədzadə açaraq “Solmaz Rzaquluzadənin tədqiqatlarında fəlsəfə tarixinin bəzi aktual problemləri” mövzusunda ətraflı çıxış etdi. Daha sonra f.ü.e.d., prof. Z.Quluzadə Böyük insan böyük alim, f.ü.e.d. R.Əzimova İnsan ömrü fəlsəfi düyada, f.ü.e.d., prof, A.Hacıyeva Azərbaycan fəlsəfə tarixinin “Solmaz” səhifəsi, e.i. Z.Rəşidov X-XII əsrlərdə Azərbaycan fəlsəfə tarixində vəhdət-əl-vücud konsepsiyası Solmaz Rzaquluzadənin tədqiqatlarında, k.e.i. X.İsmayılova Solmaz Rzaquluzadə fəlsəfə tarixçisi kimi mövularında çıxış etdilər.

Konfransda qonaq qismində iştrak edən AMEA-nın müxbir üzvü, t.ü.e.d., prof. N. Axundova, f.ü.e.d.,prof. İ.Rüstəmov,  Solmaz xanımı gözəl alim, yorulmaz elm tədqiqatçısı kimi  fərqləndirərək, ona uzun ömür, can sağlığı, gələcək elmi tədqiqatlarında uğurlar arzuladılar. Tədbirin sonunda yubilyarın qızı f.ü.f.d. Fidan Fərəcova çıxış edərək, anası Solmaz Rzaquluzadəyə, onun elminə qarşı olan diqqətə görə AMEA-nın və Fəlsəfə İnstitutunun rəhbərliyinə, tədbirdə iştirak edən bütün qonaqlara  öz minnətdarləğını bildirdi.

20170131_121116

20170131_111736

 

20170131_121116

 

20170131_111835

 

20170131_121224-1