Fəzail Ağamalı növbəti dəfə şəhid ailələləri ilə görüşüb – VİDEO

60 saylı Salyan – Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı növbəti dəfə Qarabağlı və Təzəkənd ərazisində şəhid ailələri və əlillərlə  görüşüb.      

XALQ.Az xəbər verir ki, Qarabağ döyüşləri zamanı şəhid olmuş, Ağayev Bəxtiyar Vaqif oğlu, Səfərov Qulam Ədalət oğlu, Soltanov Xosrov Qabil oğlu, Muradov Faiq Valeh oğlu, Şahbazov Zaur Əsgər oğlunun ailələri və  eyni zamanda  fiziki məhdudiyyəti olan  Məmmədov Cəlil və Qaraxanov  Abbas ziyarət olunub.    

Seçicilər bu addımı yüksək qiymətləndirib, 09 fevral 2020-ci ildə keçiriləcək  parlament seçkilərində Fəzail Ağamalıya səs verəcəklərini bildiriblər.

XALQ.AZ