Fəzail İbrahimli nümayəndə heyətinə rəhbərlik edəcək

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqındakı (İƏT Pİ) nümayəndə heyətinin tərkibi məlum olub.

XALQ.AZ xəbər verir ki, nümayəndə heyətinə Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, deputatlar  – Ceyhun Məmmədov, Sabir Rüstəmxanlı, Cavanşir Paşazadə, Tahir Kərimli daxildir.
 
Nümayəndə heyətimizə Milli Məclisin sədr müavini Fəzail İbrahimli rəhbərlik edəcək.