Facebook-dan yenilik

 

18

Yeni qərar artıq yaxın zamanda tətbiq olunacaq.

Facebook rəhbərliyi yeni qərar qəbul edib.

Xalq.az  ANS PRESS-ə istinadən xəbər verir ki, bu sosial şəbəkənin istifadəçiləri artıq şəxsi mesaj göndərmək üçün “Facebook Messenger” proqramını yükləməli olacaqlar.

Belə ki, Facebook sosial şəbəkəsinin daxilində olan şəxsi mesaj bölməsi ləğv olunacaq. Bu sosial şəbəkədən istifadə edən insanlar öz şəxsi mesajlarını “Facebook Messenger” proqramı vasitəsi ilə göndərə biləcəklər.

Yeni qərar web formatında olan Facebook-da tətbiq olunmayacaq.

Android, Windows Phone ve İOS şəbəkələrinin yeni qərarı artıq yaxın zamanda tətbiq edəcəkləri bildirilir.

Facebook rəhbərliyinin bu qərarı, istifadəçilərin “Facebook Messenger” proqramına olan marağını artırmaq üçün qəbul etdikləri bildirilir.