Faiq Ağayev narkotik istifadəçisidir?

10
Xalq artisti Faiq Ağayev “Düz üzünə” verilişində maraqlı açıqlamalar verib.

Axşam.az-ın məlumatına görə, müğənni indiyədək 7 dəfə burun əməliyyatı keçirdiyini bildirib:

“Burnum sınmışdı. Azərbaycanda əməliyyat etdirdim, uğursuz alındı. Gecələr yata bilmirdim, nəfəsim kəsilirdi. Bu problemi hissə-hissə aradan qaldırmaq mümkün idi. Buna görə də, 7 dəfə əməliyyat olundum. Mənə “çox plastik əməliyyat etdirib” deyənlərin özlərinin hər yeri kəsik-kəsikdir”.

Aparıcının “demisiniz ki, Flora Kərimova Azərbaycan sənətinə lazımlı insandır” sözlərinə F.Ağayev “hələ də o fikirdəyəm. Onun sənətini qəbul edirəm. Adıçəkilən müğənni hər zaman incəsənətin yüksək pilləsində dayanacaq biridir. Elə insanlar var ki, onların sadəcə ruhu məni iyrəndirir”, deyə cavab verib.

Xalq artisti konsertlərdən pul qazanmaq məsələsinə də aydınlıq gətirib:

“Azərbaycanda konsertdən pul qazanan üç müğənni var: Baloğlan Əşrəfov, Alim Qasımov və mən”.

Haqqında yayılan “narkotik maddə istifadə edib” şayiələrinə isə F.Ağayev sərt cavab verib:

“Azərbaycanda heç kim deyə bilməz ki, Faiq Ağayev narkotikdən istifadə edib. Heç vaxt narkotik istifadəçisi olmamışam. Əks təqdirdə indi beynim qurumuşdu, belə ağıllı danışa bilməzdim. Yanımda çəkənlər olub, görmüşəm. Amma içki içirəm: ad günündə, toyda, hərdən axşam əhvalım olmayanda evimdə”.

Müğənni planlarından da danışıb:

“Yaxın planım konsert vermək, uzaq planım isə 60 yaşımdan sonra səyahətə çıxmaqdır. İşi-gücü atıb səyahətə gedəcəyəm”.