Fatma Yıldırım Bərdə Cümə Məscidinin açılışında iştirak edib

Ötən gün Bərdə rayonunun mərkəzində yerləşən Cümə Məscidində aparılan təmir-bərpa, abadlıq işlərindən sonra açılış mərasimi olub.

XALQ.AZ xəbər verir ki, mərasimdə Milli Məclisin deputatı Fatma Yıldırımda iştirak edib.

Deputat bildirib ki, bərdə Azərbaycanın ən qədim tarixə malik olan, qədim dini-mədəni abidələrimizlə zəngin bölgələrindən biridir:

“Məlumdur ki, bizim keçmişdən gələn gözəl xeyriyyəçilik ənənələrimiz vardır. Sevindirici haldır ki, günümüzdə də bu ənənələr davam etdirilməkdədir.

Bərdə Cümə Məscidinin ərazisində görülən yenidənqurma-abadlıq işləri Bərdə rayon Ağsaqqallar Şurasının təşəbbüsü ilə xeyirxah vətəndaşlar tərəfindən həyata keçirilib.

Bərdəlilər bu müqəddəs işi kimi maddi dəstək verərək, kimi əməyi ilə, kimi isə duaları ilə birgə həmrəylik göstərərək gerçəkləşdiriblər. Bu baxımdan məscidin bərpası imanlı, inanclı, xeyriyyəçi ruha sahib olan Bərdə camaatının birliyinin rəmzi olaraq da qiymətləndirilməlidir.

Əməyi keçən hərkəsə dərin minnətdarlığımı bildirirəm. Allah bu məkanda edilən bütün ibadətləri, duaları qəbul etsin”.