Fatma Yıldırım beynəlxalq forumda Paşinyanın arvadı Anna Akopyanın yalanlarını ifşa etdi -Video

Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan III Avrasiya Qadınlar Forumu çərçivəsində keçirilən “Qadınların sülh diplomatiyasının və etimadın inkişafındakı missiyası” mövzusunda sessiyada çıxış etdik.

Bunu Milli Məclisin deputatı Fatma Yıldırım bildirib.

Millət vəkili qeyd edib ki, Forumun ikinci plenar iclasında Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın çıxışı zamanı forumun kontekstindən kənarlaşaraq, ölkəmizə qarşı əsassız və böhtan dolu ittihamlar səsləndirdi.

XALQ.AZ xəbər verir ki, millət vəkili Fatma Yıldırım Anna Akopyanın ittihamlarına cavab verib, və ittihamları rədd edərək Forum iştirakçılarını Azərbaycan həqiqətləri barədə məlumatlandırıb.

Qeyd edək ki, Rusiyanın Sankt-Peterburq şəhərində III Avrasiya Qadınlar Forumunda Milli Məclisin sədri Sahibə Qafarova, millət vəkilləri Fatma Yıldırım, Sevinc Fətəliyeva, Pərvin Kərimzadə, Ülviyyə Həmzəyeva iştirak edibrlər.