Fatma Yıldırım videkonfransda iştirak etdi – Foto

YAP İcra Katibliyində “İrəvan tarixi Azərbaycan şəhəri” mövzusunda videkonfrans keçirilib.

XALQ.AZ xəbər verir ki, millət vəkili Fatma Yıldırım videkonfransda iştirak edib. Bu barədə o, Facebook səhifəsində qeyd edib:

“Olduqca maraqlı və yaddaqalan tədbirdə Azərbaycanın qədim torpağı olan İrəvanın tarixi haqqında faydalı müzakirələr aparıldı. Son günlər geniş müzakirə mövzusuna çevrilmiş İrəvanın 102 il əvvəl ermənilərə güzəştə gedilməsi məsələsinə bir daha elmi-tarixi rakursdan nəzər salındı”

YAP Sədrinin müavini, İcra katibi Əli Əhmədov bildiribki, cənab Prezident İlham Əliyevin bu yaxınlarda Tərtər rayona səfəri zamanı Azərbaycan tarixinin bu səhifəsi barədə müdrik fikirləri olduqca düşündürücü və xalqımızın hər bir nümayəndəsinin keçmiş tarixini dərindən bilməsi baxımdan çox vacibdir. Heç bir xalq keçmişini, tarixini bilmədən özünün müasir dövlətçiliyinə sahib çıxa bilməz.

Cənab Prezident İlham Əliyevin bu bəyanatı təkcə tarixçilər və elm adamları deyil, hər birimizin qarşısında ciddi vəzifələr qoyur, bu tövsiyyələr geniş müzakirə mövzusu kimi hər zaman diqqətdə saxlanılmalıdır. Hər birimiz dövlətçilik və ümummilli konteksdən yanaşaraq keçmişdə buraxılmış səhvlərimizin bu gün təkrarlanmamasını gənclərə aşılamalıyıq.

Eyni zamanda, tarixi həqiqətlərin elmi və siyasi-ideoloji məzmunda təbliğinə geniş yer verməliyik. Bu həm də erməni yalanlarına beynəlxalq səviyyədə tutarlı cavab verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Fatma Yıldırım videkonfransı təşkil edən YAP İcra Katibliyinə dərin minnətdarlığımı bildirib:

“Bu məsələ ilə bağlı daha geniştərkibli tədbirlərin keçirilməsinin davamlı olacağına inanıram”.

Görüntünün olası içeriği: 1 kişi, oturuyor
Görüntünün olası içeriği: bir veya daha fazla kişi, oturan insanlar, ekran, laptop ve iç mekan
Görüntünün olası içeriği: 9 kişi, ekran ve iç mekan

XALQ.AZ