Fatma Yıldırım şəhid ailələri ilə görüşdü

27 Sentyabr Anım Günü ilə əlaqədar Bərdənin Şəhidlər Xiyabanını ziyarət etdik. Şəhid ailələrinin, rayon rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Vətən uğrunda canlarını qurban vermiş oğullarımızın və erməni terrorunun qurbanı olmuş günahsız mülki vətəndaşlarımızın əziz xatirəsini böyük ehtiramla yad etdik.Biz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın azad edilməsinə görə məhz şəhidlərimizə, qazilərimizə, əsgər və zabitlərimizə borcluyuq. 44 günlük müharibə dövründə müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman əsgərlərimizin misilsiz şücaətinin şahidi olduq. Belə igid, vətənpərvər övladlar böyütdükləri üçün onların valideynlərinə minnətdarlığımızı bildiririk, bütün şəhid ailələrinə səbr arzulayırıq.Azərbaycan xalqı adlarını tarixə qızıl hərflərlə yazmış vətənpərvər qəhrəmanlarımızı heç vaxt unutmayacaq!

Allah şəhidlərimizə rəhmət eləsin!