Fatma Yıldırım seçicilərin probləmlərini həll etdi

Bərdə rayon Heydər Əliyev Mərkəzində növbəti vətəndaş qəbulunu həyata keçirdik. Görüş zamanı Bərdə sakinlərinin problemlərini diqqətlə dinləyib, müraciətlərini qeydə aldıq.

XALQ.AZ xəbər verir ki, bunu millət vəkili Fatma Yıldırım deyib.

“Bəzi məsələlər aidiyyəti qurumlara yönləndirilməklə yerindəcə həllini tapmışdır. Seçicilərimizlə növbəti görüşlərimiz təmsil etdiyimiz ərazi üzrə kəndlərdə təşkil olunacaq. Qeyd etmək istəyirəm ki, seçicilərimizlə ünsiyyət qurmaq və onların problemləri ilə maraqlanmaq fəaliyyətimizin daima prioritet istiqaməti olacaq”-deyə, millət vəkili sözlərinə əlavə edib.

XALQ.AZ