Fatma Yıldırım seçicilərin problərini həll etdi

Milli Məclisin deputatı Fatma Yıldırım seçicilərlə görüşdü.

Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının inzibati binasında yerləşən deputat ofisində ə növbəti vətəndaş qəbulu keçirilib.

XALQ.AZ xəbəb verir ki,görüş zamanı seçicilərin çoxsaylı müraciətlərini dinlədilib.

Bunlar əsasən işsizlik və məşğulluq, torpaq, mənzil-kommunal, səhiyyə və sosial müdafiə məsələlərini və müharibə iştirakçıları və əlillərinin müraciətlərini əhatə edirdi. Bərdə rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov da qəbulda iştirak etmişdir. Görüş zamanı bütün müraciətlər diqqətlə dinlənərək, qeydə alındı. Vətəndaşların problemlərinin həlli üçün tərəfimizdən aidiyyatı orqanlar qarşısında məsələlər qaldırılacaq.

Seçicilərimin müraciətlərinin öz müsbət həllini tapacağını ümid edirəm deyə deputat qeyd edib.