Fazil Qasımov həbs olundu

İstanbulda yaşayan azərbaycanlı gənc alim Fazil Qasımovun saxlanılaraq Azərbaycana gətirildiyi bildirilir.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilir ki, o, Qubad İbadoğlunun işi ilə əlaqədar saxlanılıb.
Məlumatı DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya təsdiqləyiblər.
Qeyd olunub ki, cinayət işi ilə əlaqədar axtarışda olan F.Qasımov ölkəyə gətirilərək DİN əməkdaşları tərəfindən həbs olunaraq istintaqa təhvil verilib.