“Ferrari” yeni avtomobilini təqdim etdi – FOTO

İtaliyanın “Ferrari” komandası 2020-ci il dünya çempionatında istifadə olunacaq yeni bolidini rəsmən təqdim edib.

XALQ.AZ-ın məlumatına görə, tədbir Reco-Emiliyadakı teatrlardan birində keçirilib. 

Maşın SF 1000 indeksi alıb ki, bu da komandanın “Formula 1”də gözlənilən 1000-ci Qran-prisi ilə əlaqədardır. Avtomobil ənənəvi qırmızı livreyada təqdim olunub.

Qeyd edək ki, ötən illə müqayisədə “Ferrari”nin tərkibi dəyişməyib. Mübariz pilotlar qismində yenə Sebastyan Fettel və Şarl Lekler qalırlar. Onlar 2019-cu ildə “Skuderiya”ya Konstruktorlar Kubokunda ikinci yeri tutmaqda yardımçı olublar.

Şəxsi hesabda isə Lekler dördüncü, Fettel beşinci olub. “Ferrari”nin yenilənmiş bolidinin ilk sınağı “Formula 1”in rəsmi mövsümöncəsi testlərində keçiriləcək.

XALQ.AZ