FHN-nin təşkilatçılığı ilə beynəlxalq iclas keçiriləck

 

65

Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin təşəbbüsü, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə sentyabrın 16-17-də Naxçıvan Muxtar Respublikasında Dövlətlərarası Şuranın Sənayedə Təhlükəsizlik üzrə XII iclası keçiriləcək.  FHN-in mətbuat xidmətindən XALQ.AZ-a verilən məlumata görə, iclasın keçirilməsində əsas məqsəd üzv ölkələr arasında təhlükəli istehsal obyektlərində sənaye təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və bu istiqamətdə əldə edilmiş təcrübələrdən birgə yararlanmaq perspektivləri ətrafında fikir mübadiləsi aparmaqdır.

İclasda Azərbaycan, Belarus,  Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası, Moldova, Tacikistanın müvafiq qurumlarının rəhbərləri, MDB İcraiyyə Komitəsinin və BMT-nin Avropa İqtisadi Komissiyasının nümayəndələri iştirak edəcəklər.