FHN zəlzələ barədə açıqlama verdi

65

 

Hələ ki, zəlzələ ilə bağlı heç bir dağıntı və xəsarət xəbəri daxil olmayıb.

Fövqələda Hallar Nazirliyidən ANS PRESS-ə verilən məlumara görə, Nazirliyin qaynar xəttinə ölkənin heç bir yerindən dağıntılar və xəsarət barədə məlumat daxil olmayıb.

Xatırladaq ki, bu gün saat 16.00 radələrində Azərbaycana zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi bir neçə dəqiqə öncə Azərbaycanda baş verən zəlzələ ilə bağlı məlumat yayıb. Xidmətdən ANS PRESS-ə verilən məlumata görə, zəlzələnin maqnitudası 5.80 olub. Təkanlar yerli vaxtla saat 16:06 Saatlıdan 41 km şimal-şərqdə Hacıqabul ərazisində qeydə alınıb.