Final mərhələsinə ilk dəfə olaraq 48 komanda qatılacaq

2026-cı ildə təşkil olunacaq futbol üzrə dünya çempionatının loqosu təqdim edilib.

Loqoda kubokun təsviri və yarışın keçiriləcəyi il yer alıb.

Tədbir Los-Anceles şəhərində ABŞ, Kanada və Meksikadan olan xüsusi qonaqların iştirakı ilə baş tutub. FİFA prezidenti Canni İnfantino və braziliyalı ikiqat dünya çempionu Ronaldo da təqdimatda iştirak edib.

Qeyd edək ki, mundial ABŞ, Kanada və Meksikada baş tutacaq. Final mərhələsinə ilk dəfə olaraq 48 komanda qatılacaq.