“Formula-1” Bakıda keçiriləcək

 

82

2016-cı ildə “Formula-1” yarışlarının bir mərhələsinin Bakıda keçirilməsinə dair rəsmi müqavilə imzalanıb. Lent.az-ın məlumatına görə, bu barədə “İnside the Games”ə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.

Rəhimov deyib: “Biz “Formula-1”in prezidenti və icraçı direktoru Berni Ekklstounla müqavilə imzaladıq və ən qısa müddətdə bunu rəsmən açıqlayacağıq”.

“Avropa Qran-prisi” adlanacağı gözlənilən yürüş Bakı küçələrində keçiriləcək. Azərbaycan paytaxtı keçmiş SSRİ-də “Formula-1” yarışı keçirən ikinci şəhər olacaq. Postsovet məkanında ilk belə yarış bu il oktyabrın 12-də Soçidə (Rusiya) baş tutacaq.

Hazırda Monte-Karlo, Melburn və Sinqapurda da “Formula-1” şəhər küçələrində keçirilir. 2015-ci ildə Nyu-Cersi və Banqkokun da küçələri bu yarışa səhnə olacaq.