“Fransa Azərbaycanla açıq düşmənçiliyə keçib” Deputat

Fransa Azərbaycanla açıq düşmənçiliyə keçib. Bu gün biz Ermənistanla deyil, Fransa ilə üz-üzəyik.

Bunu Milli Məclisin deputatı Elnur Allahverdiyev bilidirb.

Ermənistan bütün məsuliyyəti Fransanın üzərinə yıxıb. Paşinyan Ermənistanın bölgələrində səfərdədir, elə bil heç nədən xəbəri yoxdur.

Deputat qeyd edib ki, Azərbaycanla sərhədə isə Parisin meri gəlir. Əgər Fransa 44 günlük müharibə ərzində tərəfsiz vasitəçi statusunu itirdi və Ermənistanı müdafiə etməyə keçdisə, bu gün Azərbaycanla qarşıdurmanın tərəfi kimi çıxış edir.

Elnur Allahverdiyev qeyd edib ki, Parisin meri Ann İdalgo gəlib Ermənistanda deyir ki, bütün xalqlar öz müqəddəratlarını təyin etmə hüququna malik olmalıdırlar. Belədirsə, nədən ermənilərə olar, amma Yeni Kaledoniya və Mayottaya olmaz? Nədən Korsikaya olmaz? Nədən Fransa ərazisindəki basklara olmaz deyə  deputat vurğulayıb.

Real TV süjetini təqdim edirik