Fransa gərginlik-Polislər insanları küçədə döyürlər

Fransada 130 mindən çox insan məlumat azadlığına dəstək məqsədilə keçirilən etiraz aksiyalarında iştirak edib.

XALQ.AZ xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Təkcə Parisdə təxminən 46 min etirazçı küçələrə axışıb.

Paytaxtdakı yürüş dinc şəkildə başlasa da, sonradan iğtişaşlarla müşayiət olunub. İğtişaşçılar avtomobilləri və köşkləri yandırıb, polisə daş və su şüşələri atmağa başlayıblar.

Polis əməkdaşları 46 aksiya iştirakçısını saxlayıb, 23 polis əməkdaşı xəsarət alıb.

Ümumilikdə, ölkədə “Qlobal təhlükəsizlik haqqında” Qanun layihəsinin 24-cü maddəsinə qarşı 70-ə yaxın nümayiş keçirilib.

Протестующие во время акции желтых жилетов
Полицейское насилие: как разгоняют митинги во Франции

XALQ.AZ