Fransa senatoru çağırış etdi-Ermənilər ərazilərin mina xəritələrini dərhal Azərbaycana verməlidirlər

Fransa senatoru Natali Qule Kəlbəcər rayonunda mina partlayışı zamanı həlak olmuş jurnalistlərlə bağlı Twitter səhifəsində Bəyanat yayıb.

Bu barədə XALQ.AZ-a Milli Məclisin deputatı Cavanşir Feyziyev məlumat verirb.

Bəyanatda deyilir:

Keçən həftə Bakıda və Ağdamda olmuşam. Minalanmış əraziləri də görmüşəm və onların çox geniş sahəni əhatə etdiyni bilirəm. Burada Cənubi Koreya ilə Şimal Demilitarizasiya Zonası arasında olduğundan daha çox mina yerləşdirilib.

Mən bu gün mina partlayışı nəticəsində Kəlbəcərdə həyatını itirmiş 2 jurnalistin – Sirac Abışovun və Məhərrəm İbrahimovun ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Ermənilər ərazilərin mina xəritələrini dərhal Azərbaycana verməlidirlər. Beynəlxalq birlik və xüsusilə də Fransa Ermənistanın xeyrinə apardıqları balanslaşdırılmamış siyasəti dayandırmalıdır.

Azərbaycanda olarkən ANAMA-da da oldum. Beynəlxalq birlik ərazilərin minalardan təmizlənməsində Azərbaycana yardım etməli, ədalətli və tarazlaşdırılmış bir yanaşma ilə sülh prosesinə dəstək verməlidir.

Avropalı həmkarlarımı seçkilər xatirinə erməni lobbisini dəstəkləmək əvəzinə Azərbaycana səfər etməyə çağırıram.

Senator Natali Qule