Fuad Ələsgərov: “Azərbaycanda vəkillərin sayı iki dəfə artıb”

“Müasir dövrdə ictimai münasibətlər tarixin heç bir mərhələsində müşahidə edilməyən yüksək sürətlə dəyişir. Bu proses bütün dövlətlərdə iqtisadi, sosial, hüquqi və digər mexanizmlərin daima təkminləşdirilməsini tələb edir. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin dayanqlı tərəqqisinin təmin edilməsinə yönəlmiş ardıcıl siyasət həyata keçirir”.

XALQ.AZ xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri Fuad Ələsgərov Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə, Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfransda deyib. Onun sözlərinə görə, məhkəmə-hüquq sahəsində islahatların dərinləşməsi, o cümlədən vəkillik təsisatının möhkəmləndirilməsi bu siyasətin prioritetlərindəndir:

“Prezident İlham Əliyevin Azərbaycanda vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında 2018-ci ilin fevral ayında imzaladığı sərəncam vacib addımların bariz nümunəsidir. Sərəncamda ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təchizatının əhəmiyyəti xüsusi qeyd olunub. Həmin sənəddə bu təsisatın təkmilləşdirilməsi məqsədilə nəzərdə tutulmuş tədbirlərin əsas istiqamətləri ölkənin regionlarında vəkillik qurumlarının fəaliyyətinin genişləndirilməsi, Vəkillər Kollegiyasının maddi-texniki təminatının daha da yaxşılaşdırılması, habelə aztəminatlı şəxslət üçün hüquqi xidmətlərin əlçatanlığının artırılmasıdır.

Sərəncama əsasən aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı vəkillərə dövlət tərəfindən ödənilən məbləğ 3 dəfə artırılıb. Eyni zamanda sərəncamda Vəkilllər Kollegiyasına bir sıra tövsiyələr verilib, xüsusilə gənc hüquqşünasların vəkilliyə cəlb edilməsi yolu ilə ölkədə vəkillərin sayının artırılması tövsiyə olunub. Kollegiya rəhbərliyinin bu istiqamətdə məqsədyönlü fəaliyyəti nəticəsində ölkədə vəkillərin sayı demək olar ki, iki dəfə artıb və bu proses davam edir. Sərəncamın qəbulundan ötən dövr ərzində ölkədə vəkillərin sayı demək olar ki, 2 dəfə artmış və bu proses daim davam edir”.

O, qeyd edib ki, məhkəmə hüquq sistemində islahatların dərinləşməsi haqqında Azərbaycan Respublikası Prezidenti tərəfindən “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli fərmanında da Vəkillər Kollegiyasının maliyyə müstəqilliyinin yüksəldilməsinə yönələn müddəalar nəzərdə tutulub:

“Hazırda məhkəmə -hüquq islahatlarının davam etdirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət işçi qruplar fəaliyyət göstərir. Biz yeni qanunvericilik paketi üzrə işi yekunlaşdırmaq üzrəyik. Göründyü kimi Azərbaycan vəkilliyin inkişafının dəstəklənməsi məqsədi ilə əhəmiyyətli tədbirlər görülməkdədir. Bu hüquq təsisatının təkminləşdirilməsi istiqamətində fəaliyyaət davam etdiriləcəkdir. Qabaqcıl təcrübənin öyrənilməsi və təhlili bu fəaliyyətin mühüm tərkib hissəsidir. Bu baxımdan Vəkillər Kollegiyası beynəlxalq əməkdaşlığa xüusi önəm verir. Qeyd etmək istərdim ki, mən 25 ildən artıqdır ki, bu hüquq mühafizə fəaliyyəti ilə məşğulam və ilk dəfədir ki, bu cür geniş tərkibdə tədbir keçirilir. Tədbirdə iştirak edənlərə minnetdarlığımı bildirirəm”.