Futbolçumuz özünə toy etdi-Fotolar

“Sabah” klubunun futbolçusu Ozan Kökcü ailə qurub.

Atası Halis Kökcünün “Instagram” paylaşımına görə, nikah mərasimi gənc yarımmüdafiəçinin doğulub boya-başa çatdığı Niderlandın Hofdorp şəhərində gerçəkləşib. 22 yaşlı futbolçu Sevil adlı azərbaycanlı xanımla nikah mərasiminə qatılıb.

Qeyd edək ki, Ozan Can Kökçü Azərbaycanın U-21 yığmasına 2017-ci, “Sabah”a isə 2019-cu ildən cəlb olunub.

XALQ.AZ