Gəncədə fahişəni döyə-döyə öldürdülər

Faya

Ötən gün Gəncə şəhərində 50 yaşlı qadını döyə-döyə öldürüblər. Gəncə şəhər Polis İdarəsindən verilən məlumata görə, Nizami rayonu, Atatürk prospekti 197, bina9 ünvanında yerləşən yataqxanada yaşayan Firuzə Mahmud qızı Vəliyevanı döyərək öldürüblər. Qadının yanında spirtli içki şüşəsi və badələr də olub.

Araşdırmalar zamanı Firuzə Vəliyevanı qonşuluqda yaşayan Kazbek Yusif oğlu Bulaqbayev tərəfindən amansızlıqla öldürüldüyü məlum olub. Qadının evinə gələn qonşusu onu yumruqla, təpiklə vəhşicəsinə döyüb. Qadını döyə-döyə öldürən Kazbek Bulaqbayev sonra hadisə yerindən qaçıb.

Qonşuların verdikləri məlumata görə, Firuzə Vəliyeva yüngül həyat tərzi keçirirmiş. Qadın hər gün içir, əylənir və evində kef məclisi qururmuş. Onu şəhərdə “Faya” ləqəbilə tanıyırmışlar. Qadın fahişəlik edirmiş.

Deyilənlərə görə, “Faya” evini “əxlaqsızlıq yuvası”na çeviribmiş. Qonşular bundan şikayət etsələr də, onun qarşısını alan yoxmuş. Həmçinin bildirilir ki, “Faya” cavan xanımları toruna salıb, onları fahişəliyə məcbur edirmiş.

Deyilənlərə görə, “Faya”nı elə bu səbəbdən öldürüblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.