Gənc oğlan bacısına mesaj yazanı bıçaqladı

Bicaq

Göygöldə gənc oğlan bacısının telefonuna SMS göndərən həmkəndlisini bıçaqlayıb.

XALQ.AZ-ın məlumatına görə, Göygölün Çaykənd kəndində mobil telefona gələn SMS-ə görə gənc oğlan bıçağa əl atıb. Göygöl Rayon Polis Şöbəsindən verilən məlumata görə, kənd sakini 21 yaşlı Əli Ağababayev bacısına yazdığı mesajla bağlı həmkəndlisi 22 yaşlı Şahbaz Mərdanovla görüşərək mübahisə edib. Mübahisənin sonunda isə ona üzərində gəzdirdiyi bıçaqla xəsarət yetirib.

Yaralını Gəncədəki Təcili Tibbi Yardım Xəstəxanasına çatdırmaq mümkün olub. O, əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Yaralı Şahbazın anası da gənclərin mübahisəsinə onun oğlunun sevdiyi xanıma, yəni Əlinin bacısına yazdığı sevgi mesajının səbəb olmasını təsdiqləyir.

Polis hadisəni törətməkdə şübhəli bilinən Əli Ağababayevi saxlayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.