Gənc qız nazir oldu

95

 

Ukraynanın şərqində Rusiyanın dəstəyi ilə yaradılan separatçı rejim manekeni nazir təyin edib.

ANS PRESS-in məlumatına görə, qondarma Donetsk Xalq Respublikası dizayner və stilist, eyni zamanda manekenlik edən Nataliya Voroninanı mədəniyyət naziri vəzifəsinə gətirib.

Mədəniyyət naziri təyin olunmasını təəccüblə qarşılayan maneken bu barədə açıqlama verərək qeyd edib ki, hər şey anidən baş verib.

“Məni şəhər şurasının yığıncağına çağırdılar. Orada respublika qurulmasına qərar verildi. Hadisələri izləyərkən biri yanıma gəlib mədəniyyət naziri olduğumu söylədi. İnanın, çox təəccübləndim. Belə bir vəzifə üçün çox gəncəm. İsrar etdim, amma məni dinləmədilər. Məni bu qoltuğa oturtdular”, deyə Nataliya Voronina bildirib

 

96