“Gənc tədqiqatçılar üçün Open Academy” layihəsi çərçivəsində seminarlar keçiriləcək

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Gənc tədqiqatçılar üçün Open Academy” adlı layihə çərçivəsində Bakı, Gəncə, Mingəçevir şəhərlərində yerləşən Universitetlərdə gənc tədqiqatçılar, doktorantlar, magistrlər, gənc universitet müəllimləri üçün 2019-cu ilin oktyabr ayında seminarlar təşkil edəcəkdir.


Layihənin məqsədi Gənc tədqiqatçıların crowdfunding platformaları, open innovation, open date haqqında geniş bilik və informasiyalar əldə etməsinə nail olmaq, bu platformalarda iştirakın vacibliyi haqqında gənc tədqiqatçıları məlumatlandırmaq, Open Academy vasitəsilə crowdfunding platformalarının tədqqiatçılar arasında geniş yayılmasına nail olmaqdır.

Təşkil ediləcək seminarlarda gənc tədqiqatçılara aksiya (kapital) əsaslı Crowdfunding tipləri, elmi layihələrin crowdfunding-i üzrə ixtisaslaşmış platformalar: experiment.com, USEED, Consano, MedStartr, Kickstarter haqqında məlumatlar veriləcək. Eyni zamanda elmi gənclik go fund me”, “data publishing”, “DMP requirements”, “data citation”, “data packaging”, “data brokers”, “open research date”, “open innovation”, “open source software”, “open educational resources”, “workflows”, “Creative Common, Open Research date, Open innovation, Open research computation, Citizen science, scientific social network nə olduğu haqqında məlumatlandırılacaq.

Open Academy fəaliyyətinin genişləndirilməsi üçün təşkilat Eurodoc və onun üzv təşkilatları ilə qarşılıqlı müzakirələr aparacaq. Open Academy fəaliyyəti ilə bağlı davamlı təbliğat işi üçün yeni ideyalar araşdırılacaq. Eyni zamanda internet və sosial media üzərindən gənc alim və elmi tədqiqatçılar arasında təbliğat işi qurulacaq.

Seminarlarda iştirakçılara sertifikatlar təqdim olunacaq.