Gənclərin mübahisəsi bıçaqlanmaya səbəb oldu

Bicaq

Abşeron rayonu, Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.

XALQ.AZ-ın məlumatına görə, hadisə zamanı yaralanan Məlikov Yusif Aydın oğlu və Həşimov Müsəvi Mirağa oğlu müxtəlif dərəcəli bədən xəsarətlərilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaralıların həyatı həkimlər tərəfindən xilas edilib. Abşeron Rayon Polisi Şöbəsinin keçirdiyi əməliyat tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Əli Xanlarov hadisədən əvvəl zərərçəkənlərlə mübahisə edib. Bu səbəbdən də Xanlarov həmin şəxslərlə mübahisə edən zaman əlini cibinə atıb.

Fakta bağlı Əli Xanlarov barəsində Abşeron Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb.

Əvvəllər nə az, nə çox düz 4 dəfə məhkumluq həyatı yaşayan Əli Xanlarovun cinayəti sübuta yetirilsə, o yenidən bir müddət azadlığı ilə vidalaşmalı olacaq.