“Gecə yatanda da rahat olmuram”

Xumar

Son müddət efirlərdə az-az görünən müğənni Xumar Qədimova maraqlı açıqlamalar verib. ANS telekanalında yayımlanan “Günə baxan” verilişində qonaq qismində iştirak edən ifaçı efirlərdə az görünməsinin səbəblərini bildirib. Hər zaman naz-qəmzəli hərəkətləri və sözləri ilə diqqət çəkən Xumar xanım təvazökarlıqdan kənar durub:

“Nadir qadın efirdə də nadir görünməlidir. Gec-gec çıxmaq yaxşıdır ki, tamaşaçılar məni özləsinlər”. Müğənni bundan əlavə olaraq, onu sevməyənlərə sərt mesajını göndərib. Onu sevməyənlərin ölməsini istədiyini vurğulayıb:

“Mən hər şeyi gizli yaşamağı xoşlayıram, başqaları sevənləri ilə görüşüb, kiməsə kömək əli uzadıb, sonra isə bunu reklam edir, amma bunlar hamısı mənlik deyil. Çox narahat adamam. Gecə yatanda da rahat olmuram. Gecə yerimə uzananda bacımı, suyu bağlayıb-bağlamadığımı, bir sözlə, hər şeyi düşünürəm