Gecənin naməlum qətli Xaçmazı qarışdırdı

Xacmaz

Bu gecə Xaçmaz rayonunda qanlı cinayət baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Qaraqutdu kəndində yaşayan 1978-ci il təvəllüdlü Məzahir Əhməd oğlu Əliməmmədovun meyidi tapılıb.

Meyidin üzərində çoxsaylı bıçaq zərbəsi olub. İlkin ehtimala görə, onu öldürüblər.

Hadisənin hansı şəraitdə törədildiyi və motivi hələlik bəlli deyil.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.