General Aleksandr Zuyev ilə görüşüb

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyev ilə görüşüb.

 

XALQ.AZ xəbər verir ki, bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə regiondakı hərbi-siyasi vəziyyət barədə fikir mübadiləsi aparılıb, Azərbaycanın BMT çərçivəsində fəaliyyəti, həmçinin sülhməramlılarımızın müxtəlif missiyalarda iştirakı, o cümlədən beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsinə verdiyi töhfə yüksək qiymətləndirilib.

 

Orxan