Generaldan yeni təyinat-ƏMR

ZAKIR  HASANOV

 

Hərbi Dəniz Qüvvələrinin komandanı 57 yaşlı Hicran Rüstəmzadə müdafiə naziri Zakir Həsənovun müvafiq əmri ilə ehtiyata buraxılıb. Bu barədə AzVision.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı məlumat verib.

Nazirlik rəsmisi bildirib ki, polkovnik və ona bərabər hərbi rütbədə olan zabitlər üçün həqiqi hərbi xidmətdə olmağının son yaş həddi qanunvericiliklə 53 yaş müəyyən edilib.
Qeyd edilib ki, Hicran Rüstəmzadə “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) ehtiyata buraxılıb.
Nazirin diğər əmri ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsinin icrası I dərəcəli kapitan Hümbətov Zaur Cəlal oğluna tapşırılıb.
HHQ komandanı vəzifəsi kimə tapşırıldı?-