General rəislərə tapşırıq verdi

Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) cari ilin I rübündə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsi keçirilib.

XALQ.AZ xəbər verir ki,  BŞBPİ-nin əməliyyat işləri üzrə rəis müavini, polis general-mayoru Elxan Həsənov rüb ərzində paytaxtın polis orqan və hissələri tərəfindən həyata keçirilən tədbirlərin nəticələri və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.

Əməliyyat müşavirəsinə yekun vuran baş idarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov hesabat dövrü ərzində şəxsi heyətin xidməti, peşə və fiziki hazırlığının, maddi-texniki təminatının qarşıya qoyulan vəzifələri yerinə yetirməyə imkan verdiyini, müxtəlif hüquqpozmaların, o cümlədən insan hüquq və azadlıqlarının pozulması hallarının əvvəlki dövrlə müqayisədə xeyli azaldığını qeyd edib.

O, müşavirə iştirakçılarının diqqətini qarşıda duran bir sıra həlli vacib məsələlərə yönəldib, tapşırıq və tövsiyələrini verib, nöqsanların aradan qaldırılması yollarını göstərib

 

 

Orxan


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.