Geylərə pul verənlər…

Gey

“Gey və lezbianların Qobustana təşkil etdiyi yürüşü Hollandiya səfirliyinin maliyyələşdirməyi Azərbaycana qarşı düşmən siyasətidir və bu, gəncləri vətənpərvərlik ruhundan yayındırır”.

XALQ.AZ-ın məlumatına görə, bunu Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib.

Homoseksuallıq Azərbaycan Cinayət Məcəlləsinə görə cinayət sayıldığına görə bu məsələ hüqüq muafizə orqanlarının diqqətini cəlb etməlidir.

Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən “Nəfəs LGBT Alyansı” 17 may tarixində – Homofobiya ilə Beynəlxalq Mübarizə Günündə aksiya keçiriblər.

Təşkilat üzvləri böyük bir avtobusla – gey və lezbianlarla Qobustana yürüş təşkil ediblər.

Gey və lezbianların bu səfərini bütün xərcini Hollandiyanın Azərbaycandakı səfiri öz öhdəliyinə götürüb. Azlığların bu addımı cəmiyyət tərəfindən bir mənalı qarşılanmır.

Məqsəd və ideya ondan ibarət olub ki, “Azərbaycanda homoseksuallığın tarixi Qobustan qədər qədimdir” iddiası qabardılsın.