“Gilan” çörək zavodu çörəyin qiymətini bahalaşdırdı

“Gilan” çörək zavodu istehsal etdiyi çörəyin qiymətini bahalaşdırıb.

Bu barədə market sistemində çalışan şəxslər bildirib. Qeyd edilir ki, zavod istehsal etdiyi bütün çörəklərin qiymətində artım qərarı verib. Belə ki, dünəndən etibarən marketlərə verilən çörəklərin hər birinin qiyməti 5 qəpik artırılıb.
Məsələ ilə bağlı zavoddan mövqe almaq istəsək də, müəssisənin rəsmi saytında göstərilən telefon nömrəsilə əlaqə saxlamaq mümkün olmadı.Afn.az