Gömrük Komitəsinin sədri işdən çıxarıldı

Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov vəzifəsindən azad edilib.

XALQ.AZ xəbər verir ki, Naxçıvan (MR) Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı müvafiq fərman imzalayıb.

Fərmanda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: Asəf Səttar oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilsin”

 

Orxan