Goranboyda dəhşətli qəza- 3 ölü

 

86

 

Azərbaycanda dəhşətli yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, yol qəzası Bakı-Qazax yolunun Goranboy rayonunun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Qabil Qasımovun idarə etdiyi “Toyota Land Cruiser” markalı avtomobil hərəkətdə olarkən aşıb.

Qəza zamanı sürücü və avtomobildə olan iki sərnişin – 1945-ci il təvəllüdlü Abgül Qasımov və 47 yaşlı Faiq Qasımov ölüb. Digər sərnişin, 1963-cü il təvəllüdlü İlkin Qasımov ağır bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, qəzaya səbəb sürücünün sükan arxasında yatması olub.