Görün Bakı hansı vəziyyətdədir?

Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəhbəri Mirsalam Qəmbərov mediaya açıqlamasında bildirib ki ki, Bakının 12 rayonunun ümumi ərazisinin cəmi 50%-də kanalizasiya infrastrukturu mövcuddur. Digər ərazilərdə ehtiyac olan infrastruktur yaradılmadığına görə paytaxt ekoloji problemlərin məngənəsindədir

İqtisadçı ekspert Rövşən Ağayev Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəhbərinin açıqlamasına münasibət bildirib.

R.Ağayev qeyd edib ki, əgər sədr bu vəziyyətin Bakı üçün ciddi ekoloji problemlər yaratdığını deyirsə, görün, ölkənin regionları hansı vəziyyətdədir: “Bakı son 20 ildə infrastrukturuna milyardlarla dollar sərmayə yatırılandan sonra bu səviyyəyə gəlib çatıb. Bu, faciəvi durumdur. Gerçək statistika açıqlansa, ölkənin Bakıdankənar bölgələrində (hansı ki, ölkənin coğrafi olaraq 95%-ni təşkil edir) mərkəzləşdirilmiş qaydada içməli su və kanalizasiya xidmətlərilə əhatə səviyyəsi heç 30% də deyil”.

Xatırladaq ki, Böyük Şor, Zığ gölü, Bülbülə gölü, Binəqədi gölü, Lökbatanda Üçgöl də daxil olmaqla, ümumilikdə 9 gölün reabilitasiyası və tezliklə bərpası nəzərdə tutulub.