Göyçayda bələdiyyə binasında kim ferma açıb?

Azərbaycanda qulaq hər gün bir söz eşitməsə kar, görməsə kor olar. Bu dəfə Göyçayın Qarabaqqal kənd bələdiyyəsinin binasında inəklərin məskən salması çoxlarını təəccübləndirib. XALQ.AZ sosial mediaya istinadla qeyd edir ki, əksəriyyət inəklərin bələdiyyə binasında yuva salmasından yazır. Çoxu da soruşur ki, bələdiyyənin sədri yoxdurmu? Ayda-ildə bir gün də olsun gəlib otağına baş çəkmirmi? Bəlkə də bələdiyyə sədri inək saxlayır, bələdiyyə binasını fermaya çevirib? Yəqin ki, Göyçaydakı mənzərənin “unikallığı” respublikada bələdiyyələrin ümumi vəziyyətini də ifadə etmiş olar. Yerli icra hakimiyyətinin saytında bələdiyyə sədri Nəbiyev Nəbi Xəlil oğlu göstərilir. Görəsən, Nəbini bələdiyyə binasından qaçaq salan nədir ki, arada gəlib yerində hansı canlıların olduğundan bixəbərdir?!