Göygöldə “Nissan” “06” ilə toqquşub

06

Göygöldə baş verən avtomobil qəzasında iki nəfər ağır yaralanıb. ANS PRESS-in bölgə müxbirinin vürdiyi məlumata görə, qəzada bir neçə xırda buynuzlu heyvan da tələf olub.

Qəza Bakı-Qazax-Gürcüstan avtomagistiralının 370 km-də baş verib. Qazaxdan paytaxt istiqamətində hərəkət edən “Nissan” markalı avtomobillə Goranboy sakini İlyas Mahmudovun idarə etiyi “VAZ 2106” markalı minik maşnı toqquşub. Qəzada VAZ-ın sürücüsü və onun həyat yoldaşı Firizə Mahmudova ağır bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar.

Həkim-travmatoloq Məharət Kərimov açıqlamasında yaralıların vəziyətinin ağır olduğu bildirib.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalar başlayıb. İşi aparan müstəntiq ehtimal edir ki, qəzaya “VAZ 2106”-nın “Nissan”-ın yoluna çıxması səbəb olub.