Grant Həyat MTK-nın rəhbəri vətəndaşın pulunu mənimsədi

Xalq.az redaksiyasına Masallı rayon sakini V. Məmmədova müraciət ünvanlayaraq bildirib ki, Grant Həyat MTK-nın rəhbəri ona verilən on bir (11) min manatı hiyləgər davranaraq mənimsəyib. Xalq.az həmin müraciəti olduğu kimi təqdim edir.

Hörmətli redaksiya Sizə müraciət edərək xahiş edirəm ki, mənim üzləşdiyim problemi işıqlandırasız və Grant Həyat MTK-nın rəhbərinin qanunsuz davranışını araşdırasınız. Beləki biz 5 nəfər ailə üzvlərimizlə birlikdə Bakı şəhərində kirayədə yaşayırıq. Həyat yoldaşımla  birgə valideynlərimizin köməkliyi  ev almaq üçün Grant Həyat MTK-ya müraciət edib 2 otaqlı mənzil üçün hipoteka  müqaviləsi bağladıq. 2016-cı ildə bağlanan müqavilə üzrə ilkin ödəniş olaraq on bir (11) min manat ödəniş etdik. Lakin müqavilə bağlandıqdan sonra ailəmizdə faciə baş verdi və ödəniş edə bilmədiyimizlə bağlı  Grant Həyat MTK-nın rəhbərliyinə bildirib müqavilənin ləğv olunmasına və Beynəlxalq Bankda olan hipoteka üçün ayrılmış vəsaitin və faizin dayandırılmasını xahiş etmişik. MTK nın rəhbərliyi şifahi razılaşmaya gəlib və mənzili başqa şəxsə satıb. Bizim ilkin ödəniş üçün ödədiyimiz on bir (11) min manat pulu geri qaytaracağını vəd etsədə bir neçə müddət sonra  müqaviləni ləğv edib ilkin ödəniş olan on bir (11) min manatı qaytarmadı. Bildirdiki o pulu  faiz  olaraq banka ödəmişəm gedin kimə şikayət edirsiniz edin. Mənim himayədarım var. Bu barədə Baş Prakrorluğa və digər qurumlara müraciət etsəkdə heç bir nəticəsi yoxdur və heç bir araşdırılma  aparılmayıb. Xahiş edirəm ki, mənim şikayətimlə bağlı jurnalist araşdırması aparılsın. Grant Həyat MTK-nın rəhbərliyinin buna bənzər əməlləri araşdırılsın. Mən və mənim kimi zərərçəkmiş digər vətəndaşların milyardlarla manat pulunu mənimsəyən şəxs barəsində araşdırılma aparılsın. Vətəndaşların hüquqları bərpa olunsun. Mənim ilkin ödəniş üçün verdiyim on bir (11) min manatımın qaytarılmasına köməklik göstərəsiniz.

                                                                                                                                                                                                                                    V.F Məmmədova

Grant Heyat MTK-nın acıqlamasını dərc etməyə hazırıq.

Xalq.az