Gücləndirilmiş iş rejimi davam edir

İyunun 4-dən 5-dək Azərbaycanın regionlarından paytaxta 14 min 908 sərnişin daşınıb.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) Xalq.az-a verilən məlumata görə, regionlardan paytaxta sərnişin axını Ramazan bayramının ilk günlərində Bakıdan bölgələrə axınla müqayisədə nisbətən az olsa da, gücləndirilmiş iş rejimi tam qaydada 56 avtovağzal və avtostansiyada davam edir.
DANX-ın qaynar xətti və regional avtovağzallardakı məlumat büroları daxil ola biləcək bütün müraciətlər və şikayətləri qəbul etmək üçün bayram günlərində də iş başında olacaq. Bayramın son günü regionlardan paytaxta səfər edəcək sərnişinlərin daha çox olacağını nəzərə alaraq sərnişinlərin yarana biləcək suallarını cavablandırmaq üçün DANX-ın bir qrup aidiyyəti şöbə üzrə səlahiyyətli nümayəndələri axının çox olacağı region avtovağzallarına ezam olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.