“Güclü Azərbaycanla heç kim diqtə ilə danışa bilməz!”

“BMT Təhlükəsizlik Şurasındakı müzakirələr bir daha Azərbaycanın dünyada nüfuzunu, Ermənistan diplomatiyasının isə tam iflasını göstərdi. Məlumdur ki, son zamanlar Ermənistan, а dünyadakı erməni diasporu və lobbisi, eləcə də bütün ermənipərəst dairələr bütün imkanlarını ölkəmizə qarşı yönəltmişdilər. Məqsəd o idi ki, BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı sənəd qəbul olunsun. Amma bu cəhdlər nəticəsiz qaldı. Təhlükəsizlik Şurasının iclasında heç bir sənəd qəbul olunmadı. Sadəcə, çıxışlar oldu və bununla da şura işini bitmiş hesab etdi”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, bu toplantı Ermənistan üçün növbəti fiasko oldu. Ötən ilin dekabrında da Fransa və Ermənistanın Laçın yolu məsələsinin  BMT TŞ-da qaldırılması cəhdi olmuşdu. Həm o zaman, həm də indi bu cəhdlər nəticəsiz qaldı. Artıq Ermənistan və havadarları ikinci dəfə iflasa uğradılar.
P.Kərimzadənin sözlərinə görə, toplantıda hamı Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə etdi və Ağdam yolunun açılmasını vacib saydı, Azərbaycanın yerində vəziyətə nəzarət etməsi faktını –  reallıqları qəbul etdi. 44 günlük Vətən müharibəsində Azərbaycan qalib dövlət olaraq regionda yeni reallıqlar yaradıb. Hər kəs bu reallığı qəbul edib. Qalib Azərbaycan müharibədən sonra beynəlxalq münasibətlər sistemində nüfuz və gücünü əhəmiyyətli dərəcədə artırıb. Ona görə də, belə müzakirələrə ehtiyac yox idi, məsələ BMT və digər platformalarda deyil, yerində həll olunmalıdır. Çünki ermənilər Azərbaycana qarşı beynəlxalq platformalarda hansısa əsaslı sənədlər qəbul etdirmək iqtidarında deyil. Qeyri – ciddi təşkilatların qəbul etdiyi sənədlərin hüquqi qüvvəsi yoxdur və sadəcə reallıqdan uzaq kağız parçasıdır. Dünyanın ən böyük təşkilatı olan BMT Təhlükəsizlik Şurası isə Azərbaycana qarşı əsassız sənəd qəbul edə bilməzdi. Çünki beynəlxalq hüquq məhz bizim tərəfimizdədir.
Deputat qeyd edib ki, Azərbaycan regionda sülh və sabitliyin tərəfdarıdır. Ermənistanla sülh sazişi imzalamaq təşəbbüsü də ölkəmizə məxsusdur. Amma bundan sonra Ermənistan necə sülhdan danışacaq bilinmir. Qarabağ ermənilərisə anlamalıdılar ki başqa yol yoxdur – onlar Azərbaycanın şərtləri əsasanda danışıqlara getməlıdır. Qarabağ ermənilərinin gələcəyi Azərbaycana reinteqrasiyadan asılıdır.
Beləliklə, BMT Təhlükəsizlik Şurasındakı müzakirələr bir daha Azərbaycanın diplomatik gücünü göstərdi. Beynəlxalq hüquq, haqq və ədalət Azərbaydanın tərəfindədir. Ən əsası Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan ən qüdrətli dövrünü yaşayır. Güclü Azərbaycanla heç kim diqtə ilə danışa bilməz!