Güclü küləyə görə Bakının bu ərazisi işıqsız qaldı

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində elektrik enerjisinin verilişi dayandırılıb.

XALQ.AZ xəbər verir ki, güclü külək səbəbindən Hövsan qəsəbəsi “Şüşəli Bazar” adlandırılan ərazinin bir hissəsində ötən gün axşam saatlarından işıq yoxdur.

“Azərişıq”ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev açıqlamasında bildirilib ki, güclü küləklə əlaqədar Zabrat və Hövsan qəsəbələrinin bir hissəsində elektrik enerjisinin verilişində problem yaranıb:

“Aidiyyəti üzrə ərazilərdə elektrik enerjisinin verilişinin bərpası istiqamətində işlər görülür. Qısa zamanda problem aradan qaldırılacaq”.