Gülən həbs olundu

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) FETÖ-çüların yerini müəyyənləşdirərək xüsusi əməliyyat həyata keçirib. 

XALQ.AZ xəbər verir ki, əməliyyat zamanı Fəthullah Gülənin yaxın qohumu Səlahəddin Gülən xaricdə tutularaq Türkiyəyə gətirilib. 

Bu barədə “Anadolu” Agentliyi təhlükəsizlik xidmətindəki mənbəyə istinadən xəbər yayıb. Səlahəddin Gülən bir neçə il əvvəl FETÖ -nun köməyi ilə xaricə qaçıb. Gülənin yeri MİT zabitləri tərəfindən bəlli edilib və xüsusi bir əməliyyatla saxlanılıb.

Məlumata görə, Səlahəddin Gülən bu təşkilatın ən yüksək dairələri ilə əlaqələrə malikdir.

O, “Silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə axtarışda idi.