Gül namizəd olmayacaq

Gul-1

Türkiyə prezidenti Abdullah Gül avqustun 10-da keçiriləcək növbəti prezident seçkilərində namizəd kimi iştirak etməyəcək.

XALQ.AZ-ın məlumatına görə, bu barədə Abdullah Gül açıqlama verib.

Qeyd edək ki, iyulun 1-də isə hakim Ədalət və İnkişaf Partiyası rəsmi olaraq öz namizədini irəli sürəcəkdir. Namizədlərin qeydə alınması iyulun 3-də başa çatacaq.