Gül Qarabağdan danışdı

Gul

Türkiyənin artıq sabiq prezidenti Abdullah Gül vida nitqində Qarabağ münaqişəsinə toxunub.

XALQ.AZ-ın məlumatına görə, Gül çıxışında Türk dünyası ölkələri ilə əlaqələrin inkişaf etdirilməsinə verdiyi töhfədən və Asiya ölkələri ilə genişləndirilmiş əlaqələrdən söz açıb.

“Mən eyni zamanda regionda xroniki münaqişələr olan Fələstin problemi və Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində fəaliyyət göstərmişəm”, – deyə Abdullah Gül bildirib.

Qeyd edək ki, Türkiyədə son prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan qələbə çalıb. Baş nazir postuna isə əvvəl xarici işlər naziri vəzifəsini icra edən Əhməd Davutoğlu seçilib.


Comments are closed.