Günəşdə partlayış olub

İyulun 16-da Günəşdə M sinfinə aid üç partlayış baş verib.  Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun heliogeofizika xidməti məlumat yayıb.

İlk partlayış Bakı vaxtı ilə təqribən 10:26-da baş verib, o, təxminən 14 dəqiqə davam edib və Yer kürəsində qısadalğalı radiorabitəsində nasazlıqlara səbəb olub.

İkincisi saat 17:08-də qeydə alınıb, təxminən 15 dəqiqə davam edib.

Mütəxəssislər üçüncü partlayışı saat 19:46-da qeydə alıblar, onun müddəti təxminən 28 dəqiqə olub.

Qeyd edək ki, Günəşdə partlayışlar gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.