Günay Əfəndiyeavnın təqdimatı ilə bu qanunlar qəbul olundu
Fevralın 3-də Milli Məclisin 2025-ci ilin yaz sessiyasının ilk plenar iclası keçirilib.
XALQ.AZ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib.
İclasda gündəliyə daxil olan məsələdə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) deputatların nəzərinə çatdırıb. O, sənəd barədə komitənin rəyinin müsbət olduğunu deyib və səsə qoyulmasını xahiş edib.
Qeyd olunmalıdır ki, mövcud qanunvericiliyə əsasən, kitabxana və muzeylər müəyyən olunmuş qaydada təsərrüfat fəaliyyəti ilə məşğul ola bilərlər və bu fəaliyyətdən əldə olunan vəsait onların sərəncamında qalır. Təklif olunan dəyişikliklərə əsasən, bu fəaliyyətdən əldə edilən vəsaitdən müvafiq orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun istifadə ediləcək.
Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.