Fevralın 3-də  Milli Məclisin 2025-ci ilin yaz sessiyasının ilk plenar iclası keçirilib.

XALQ.AZ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib.

İclasda gündəliyə daxil olan məsələdə  Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin mahiyyətindən söhbət açıb. O, Prezidentin müvafiq fərman və sərəncamları ilə 2018-ci ildən başlayaraq ölkədə sosial islahatların həyata keçirildiyini, bugünədək dörd dərin sosial islahatlar zərfinin qəbul edildiyini və bunun nəticəsində 4 milyondan çox soydaşımızın pensiyalarının, əməkhaqlarının, müavinətlərinin, təqaüdlərinin, ünvanlı sosial yardımlarının və digər sosial təminatlarının yüksəldiyini nəzərə çatdırıb.

Bildirilib ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən “Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulan dəyişiklik də bu proseslər çərçivəsində hazırlanıb. Layihədə təklif edilən dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 2025-ci il fevralın 1-dən 320 manat məbləğində müəyyən olunur.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.


media-ads-728x90

Bənzər xəbərlər